Modern.az

Azərbaycan və İran XİN başçıları danışıqlar apardı 

Azərbaycan və İran XİN başçıları danışıqlar apardı 

Aktual

30 Oktyabr 2022, 22:54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?