Modern.az

"Huawei" Rusiyanı tərk etdi

Aktual

31 Oktyabr 2022, 10:40

Çinin “Huawei” şirkəti Rusiyaya birbaşa smartfon tədarükünü tamamilə dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

 

Qeyd olunub ki, şirkət həmçinin Rusiyaya planşet, noutbuk və televizor idxal etmir. Bəzi avadanlıq vahidləri hələ də Rusiyadakı rəsmi "Huawei" mağazasında satılır, lakin bunlar keçmiş tədarüklərin qalıqlarıdır. Holdinq artıq rəsmi pərakəndə satış məntəqələrinin bağlanacağı ilə bağlı xəbərdarlıq edib.

 

Bundan əlavə, KİV-in məlumatına görə, şirkət artıq Rusiya Federasiyasında işçi qəbul etmir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı