Modern.az

Məktəbəhazırlıq qruplarında elektron yerdəyişmə BAŞLAYIR

Məktəbəhazırlıq qruplarında elektron yerdəyişmə BAŞLAYIR

Aktual

31 Oktyabr 2022, 11:06

1 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı