Modern.az

Hava yenidən pisləşir - Temperatur 8 dərəcə enəcək

Hava yenidən pisləşir - Temperatur 8 dərəcə enəcək

Current

4 Noyabr 2022, 17:06

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi 6-dan 7-si səhərədək arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı