Modern.az

Vuçiç bütün xarici səfərlərini ləğv edib

Vuçiç bütün xarici səfərlərini ləğv edib

Aktual

4 Noyabr 2022, 17:26

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ilə yaşanan son hadisələr fonunda bütün xarici səfərlərini ləğv edib.

 

Modern.az xəbər verir ki, Vuçiç noyabrın 6-18-də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Konfransında (COP27) iştirakını ləğv etdiyini və bunun üçün təəssüfləndiyini bildirib.

 

Xatırladaq ki, Serbiya ordusu noyabrın 2-də Kosovo ilə sərhəddəki Raska şəhərindəki hərbi obyekti müşahidə etdiyi iddia olunan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Serbiyanın müdafiə naziri Miloş Vuçeviç isə Prezident Vuçiçin Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır olun” əmri verdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı