Rusiya Prezidenti Vladimir Putin Xerson sakinlərinin şəhərdən təxliyə edilməsi əmrini verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Putinin sözlərinə görə, xersonlular əks-hücum və digər tədbirlərdən əziyyət çəkməməlidir.
"İndi Xersonda yaşayanlar ən təhlükəli hərbi əməliyyatlar zonasından çıxarılmalıdır", - Rusiya lideri bildirib.
Qeyd edək ki, son həftələrdə Ukrayna ordusu Xerson istiqamətlərdə əks hücuma keçib. Artıq oktyabrın 24-də Ukrayna Müdafiə Nazirliyi Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yayıb.