Modern.az

Fazil Məmmədovun cənazəsi ölkəyə gətirildi

Fazil Məmmədovun cənazəsi ölkəyə gətirildi

Aktual

4 Noyabr 2022, 18:23

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

 

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

 

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı