Modern.az

AZAL-a yeni birinci vitse-prezident təyin olundu

AZAL-a yeni birinci vitse-prezident təyin olundu

Aktual

5 Noyabr 2022, 12:33

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.

 

Xatırladaq ki, Nazirlər Kabineti noyabrın 3-də AZAL-ın Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, iki birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir. İndiyə qədər İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı