Modern.az

İtkin düşən kişinin asılmış meyiti tapıldı

İtkin düşən kişinin asılmış meyiti tapıldı

Aktual

5 Noyabr 2022, 13:54

Lənkəranda dörd gündür itkin düşən şəxsin meyiti tapılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran şəhəri Mirsalayev küçəsi 56 ünvanındakı evdə 1966-cı il təvəllüdlü Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Yaxınları M.Əhmədovun dörd gündür itkin düşdüyünü bildiriblər.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV