Modern.az

Rusiyadan aldığımız sonuncu 2 qatar Bakıya çatıb

Rusiyadan aldığımız sonuncu 2 qatar Bakıya çatıb

Aktual

5 Noyabr 2022, 13:46

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu 2 qatar Azərbaycan paytaxtına çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

B.Məmmədovun sözlərinə görə, hazırda vaqonlar depodadır: "Sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra qatarlar xəttə buraxılacaq.

 

Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonlarln sayı isə 115-ə çatıb".

 

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı