Modern.az

Azərbaycan Ərəb Dövlətləri Liqası ilə həmrəyliyini möhkəmləndirəcək

Azərbaycan Ərəb Dövlətləri Liqası ilə həmrəyliyini möhkəmləndirəcək

Aktual

5 Noyabr 2022, 14:44

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı iştirakı ölkəmiz üçün əlamətdar hadisədir. Belə ki, Cənab Prezident İlham Əliyev Əlcəzairin Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq qismində iştirakı, əslində ölkəmizə verilən yüksək qiymət və dəyərdir desək heç də yanılmarıq.

 

Ölkə başçısının Sammitdəki çıxışı isə bütün dünyaya Azərbaycanın əsl sülh carçısı olduğunu ikilistandartlara qarşı olduğunu və vahid dəyişməz mənafeyə xidmət edən siyasətiə sahiblənməsinin beynəlxalq kürsüdən bir ifadəsi idi. Eyni zamanda Prezident İlham Əliyev Əlcəzair Milli Mücahid muzeyini ziyarət etmiş və xatirə kitabında öz ürək sözlərini bölüşmüşdür.

 

Cənab Prezident burada Əlcəzairin qan yaddaşı olan soyqırımı,onun cinayətkarlarını qətiyyətlə pisləmiş və ölkəmizin bu cür qanlı hadisələrə qarşı çıxdığını açıq bəyan etmişdir. Azərbaycan Liderinin BMT Baş Katibi, Afrika İttifaqının sədri va İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Sammitində iştirakı ölkəmizə, onun Prezidentinə olan hörmətin, beynəlxalq aləmdə artmaqda olan böyük nüfuzunun göstəricisi idi.

 

Qoşulmama Hərəkatının təməl fəlsəfəsini kolonializmə qarşı mübarizə, zülmün, istibdadın qarşısında, haqqın, ədalətin yanında olan xalqların həmrəyliyi, birliyi təşkil edir. Bu baxımdan, Azərbaycanın dünyada mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zaman kəsiyində Qoşulmama Hərəkatına sədrliyi, bəlkə də tarixi zərurətdən doğan bir reallıqdır.

 

120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

 

Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir. Məhzfransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Bu gün Əlcəzairin “1,5 milyon şəhid ölkəsi” adlandırılması Fransanın yaratdığı acı reallıq, tarixdə az-az bənzəri tapılan insanlıq faciəsidir. Bütövlükdə 10 milyona yaxın əlcəzairlinin Fransanın müstəmləkəçilik dövrünün qurbanı olması, öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törətməsi gerçək tarixdir. Öz gözündə tiri görməyən Fransa başqa gözdə çöp axtarır, ermənilərin uydurma soyqırımına müxtəlif don geydirərək gah Türkiyəni, gah da Azərbaycanı ittiham edir.

 

Təşkilatın Zirvə toplantısındakı şıxışında ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaş ölkələrdən yenə həmrəylik görür, beynəlxalq təsisatlarda dəstək görür və buna görə çox minnətdardır. Ərəb Dövlətləri Liqasına qardaş ölkə olan Azərbaycan bu həmrəyliyi və birliyi daha da möhkəmləndirmək üçün bundan sonra da əlindən gələni edəcək.

 

Rövlan Heydərov

Naftalan şəhər sakini

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı