Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 254 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9955 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1961, ümumilikdə isə 7 331 317 test icra olunub.
