Modern.az

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Aktual

5 Noyabr 2022, 16:36

Şabran rayonunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində, rayonun Taxtakörpü su anbarının ərazisində qadağan edilmiş yerdə tilovlarla qanunsuz balıq ovu edən Quba rayon sakinləri Elgün Məhərrəmov və Elşən Ramazanov saxlanılıblar.

 

Həmin şəxslərdən 7 ədəd tilov və qanunsuz olaraq ovladıqları balıqlar aşkar edilib.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV