Modern.az

“Böyük dəbilqə”: Cüdoçularımız birinci yerdə qərarlaşıb

“Böyük dəbilqə”: Cüdoçularımız birinci yerdə qərarlaşıb

Aktual

5 Noyabr 2022, 22:54

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.

 

Modern.az xəbər verir ki, komandamız iki günün nəticəsinə görə, 3 qızıl, 2 bürünc medal qazanıb. 61 ölkədən 350-dən çox cüdoçunun mübarizə apardığı mötəbər yarışda Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

 

Qeyd edək ki, qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc medalları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.

 

Yarışa noyabrın 6-da yekun vurulacaq.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır