Modern.az

Hər gün azı 10 İran PUA-sını vururuq - Zelenski

Hər gün azı 10 İran PUA-sını vururuq - Zelenski

Aktual

5 Noyabr 2022, 23:16

Hər gün ən azı 10 ədəd İran PUA-sını vururuq. Təkcə ötən gün 11 ədəd "Şahed" vurulub.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

 

Dövlət başçısı qeyd edib ki, İran rejimi PUA-ları tammiqyaslı işğal başlamazdan əvvəl Rusiyaya verib.

 

“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatlarından istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, - Zelenski vurğulayıb.

 

Qeyd edək ki, İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.

 

Həmçinin oxuyun:

İrandan gözlənilməz etiraf: Rusiyaya PUA vermişik

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?