Modern.az

İstanbul derbisini "Qalatasaray" qazandı

İstanbul derbisini

Aktual

5 Noyabr 2022, 23:22

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

 

Modern.az xəbər verir ki, "Qalatasaray" klubu 12-ci turda öz meydanında "Beşiktaş"ı qəbul edib. 

 

Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Mauro İkardi açıb. 28-ci dəqiqədə Cenk Tosun bərabərlik qolunu vurub. İkardi 59-cu dəqiqədə özünün və komandasının 2-ci qoluna imza atıb.

 

Beləliklə, "Qalatasaray" komandası "Beşiktaş"ı məğlub edib - 2:1.

 

Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində 24 xalla 2-ci, "Beşiktaş" isə 22 xalla 5-cidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?