Modern.az

2 idmançımız Avropa çempionu oldu

2 idmançımız Avropa çempionu oldu

Aktual

6 Noyabr 2022, 10:26

Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.

 

Modern.az xəbər verir ki, 27 kiloqram çəki dərəcəsində Sabir Məmmədli, 30 kiloqram çəki dərəcəsində Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıblar.

 

Taekvondoçularımız yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir