Modern.az

Avtomobil kanala aşdı, 2 nəfər öldü

Avtomobil kanala aşdı, 2 nəfər öldü

Aktual

6 Noyabr 2022, 10:47

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?