Modern.az

Ermənistanın silah anbarında PARTLAYIŞ - Hərbçilər yaralandı

Ermənistanın silah anbarında PARTLAYIŞ - Hərbçilər yaralandı

Aktual

6 Noyabr 2022, 15:30

Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın olub.

 

Modern.az xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayş müşahidə olunub.

 

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb. Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.

 

Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!