Modern.az

Məşhur San Marko meydanı su altında qaldı

Məşhur San Marko meydanı su altında qaldı

Aktual

6 Noyabr 2022, 23:35

İtaliyanın Venesiya şəhərindəki məşhur San Marko meydanı su altında qalıb.

 

Modern.az xəbər verir ki, buna səbəb aramsız yağan yağışlar olub.

 

Meydandakı restoranları və mağazaları su basıb. Bölgədə aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, 2019-cu ilin noyabrında intensiv yağışlar nəticəsində baş verən güclü daşqınlar şəhəri iflic etmiş, tarixi abidələr su altında qalmış və yüz milyonlarla avro ziyana səbəb olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!