Modern.az

Zəfər Günü hava necə olacaq? - PROQNOZ

Zəfər Günü hava necə olacaq? - PROQNOZ

Aktual

7 Noyabr 2022, 12:53

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

 

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.

 

Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?