Modern.az

Qırıcı təyyarə təlim zamanı qəzaya düşdü

Qırıcı təyyarə təlim zamanı qəzaya düşdü

Aktual

7 Noyabr 2022, 13:28

Səudiyyə Ərəbistanının Hava Qüvvələrinə məxsus olan F-16S qırıcı təyyarəsi təlim uçuşları zamanı Kral Əbdüləziz Hərbi Bazası yaxınlığında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin sözçüsü general Turli Al Malki bildirib.

 

Onun sözlərinə görə, təyyarənin iki zabitdən ibarət olan ekipajı katapult nəticəsində sağ qalıb.

 

Nazirlik rəsmisi qeyd edib ki, qəzanın səbəblərinin müəyyən etmək məqsədilə təhqiqat aparılır. Qırıcı təyyarənin düşdüyü ərazidə xəsarət alan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?