Modern.az

Bu ölkənin prezidenti üzr istədi - FOTO

Bu ölkənin prezidenti üzr istədi - FOTO

Aktual

7 Noyabr 2022, 14:00

Cənubi Koreya prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində 156 nəfərin ölümü ilə nəticələnən faciəyə görə üzr istəyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident ölkənin təhlükəsizlik sahəsində əsaslı dəyişikliklərə ehtiyac olduğunu deyib.

 

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, - deyə dövlət başçısı bildirib.

 

Bundan əlavə, o, günahkarların məsuliyyətə cəlb ediləcəyini və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağını vəd edib.

 

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında “Halloween” bayramı qeyd olunarkən Seulun İtaevon səmtindəki “Hamilton” hotelinin yaxınlığındakı dar xiyabanlardan birində insanların izdihamı səbəbindən basabas yaranıb. Nəticədə azı 156 nəfər, o cümlədən 26 əcnəbi həlak olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?