Modern.az

Qəzaya düşən şəxslər belə xilas olundu - VİDEO

Qəzaya düşən şəxslər belə xilas olundu - VİDEO

Aktual

7 Noyabr 2022, 14:45

Tovuzda baş verən qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxslər xilas olunub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Tovuz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ГАЗел" markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?