Modern.az

Yaponiya və Çin liderləri görüşəcək

Yaponiya və Çin liderləri görüşəcək

Aktual

7 Noyabr 2022, 17:20

Yaponiya və Çin liderləri 3 ildən sonra bir araya gələcək.

 

Modern.az xəbər verir ki, bunu “Kyodo” agentliyi diplomatik mənbələrə istinadən bildirib.

 

Məlumata görə, Çin lideri Si Cinpin Yaponiyanın Baş naziri Fumio Kişida ilə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Sammitində görüşəcək.

 

Bildirilib ki, görüş zamanı Yaponiya lideri ikitərəfli və regional münasibətlərdə diplomatiya imkanlarını, o cümlədən Tayvan boğazı ətrafındakı problemlərə dialoq yolu ilə həll yollarını axtaracaq. 

 

Qeyd edək ki, sammit noyabrın 10-13-də Kambocanın paytaxtı Pnompendə keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?