Modern.az

Türkiyə XİN-dən TƏBRİK

Türkiyə XİN-dən TƏBRİK

Aktual

8 Noyabr 2022, 10:24

"İşğal altındakı torpaqlarını qəhrəman bir mücadilənin nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edirik".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrikində bildirilib.

 

"Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - təbrikdə deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?