Modern.az

Bağlanan yollar açılıb

Bağlanan yollar açılıb

Aktual

8 Noyabr 2022, 12:30

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollar açılıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

 

DYP rəsmisi bildirib ki, yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb.

 

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?