Modern.az

Vətənə xəyanətdə ittiham olunan şəxsin etirafları - VİDEO

Vətənə xəyanətdə ittiham olunan şəxsin etirafları - VİDEO

Aktual

9 Noyabr 2022, 00:15

Ermənistanın xüsusi xidmət orqanına casusluq edən Azərbaycan vətəndaşı Aydın Zəkiyev əməllərini etiraf edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər “Xəzər TV”də yayımlanan sənədli filmdə yer alıb.

 

Qeyd edək ki, Aydın Zəkiyev ötən ilin oktyabrında DTX tərəfindən saxlanılıb. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?