Modern.az

“BakuBus”un avtobusu qəzaya düşdü

“BakuBus”un avtobusu qəzaya düşdü

Aktual

9 Noyabr 2022, 08:55

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

 

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.

 

Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?