Modern.az

Türkiyədə dəhşətli hadisə - 9 nəfər yanaraq öldü

Türkiyədə dəhşətli hadisə - 9 nəfər yanaraq öldü

Aktual

9 Noyabr 2022, 09:24

Türkiyənin Bursa vilayətində dəhşətli yanğın olub. Hadisə nəticəsində azı doqquz nəfər ölüb.

 

Modern.az xəbər verir ki, yanğın şəhərin Yıldırım rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.

 

Hadisə ilə bağlı Bursa valisi Yakup Canbolat açıqlama verib. Bildirilib ki, yanğın binanın orta mərtəbəsində suriyalı ailənin yaşadığı mənzildə baş verib.

 

İlkin məlumata əsasən, yanğında doqquz nəfər ölüb. Bir ailənin üzvü olduqları ehtimal edilən bu şəxslərdən səkkizi azyaşlı, biri isə qadındır. Qadının uşaqların anası olduğu ehtimal edilir.

 

Yanğının səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?