Modern.az

Günün havası - Duman, çiskin, yağış...

Günün havası - Duman, çiskin, yağış...

Aktual

9 Noyabr 2022, 09:34

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əscək.

 

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?