Modern.az

Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründü - FOTO

Niaqara şəlaləsi bayrağımızın rənglərinə büründü - FOTO

Aktual

9 Noyabr 2022, 11:04

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşəbbüsü ilə ABŞ və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?