Modern.az

Sahibkarlarla növbəti görüş Yevlaxda keçiriləcək

Sahibkarlarla növbəti görüş Yevlaxda keçiriləcək

Aktual

9 Noyabr 2022, 12:20

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

 

“Səyyar qəbul otağı” noyabr 11-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır