Modern.az

Çağırışa gedən həkim briqadası köməksiz vəziyyətdə qaldı

Çağırışa gedən həkim briqadası köməksiz vəziyyətdə qaldı

Aktual

9 Noyabr 2022, 12:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Sabunçu kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, həkim briqadası Cimcimax kəndinə çağırışa gedərkən yolda qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri təcili tibbi yardım avtomobilini yedəyə alaraq təhlükəsiz əraziyə çıxarıblar. Həmçinin çağırışa tələsən həkim briqadasının yanğınsöndürmə avtomobili ilə ünvana çatdırılması təmin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!