Modern.az

ABŞ-da Azərbaycanın dövlət bayramları qeyd edilib - FOTOLAR

ABŞ-da Azərbaycanın dövlət bayramları qeyd edilib - FOTOLAR

Aktual

9 Noyabr 2022, 13:18

ABŞ-ın Florida ştatında yerləşən Cənubi Florida Universitetində Azərbaycanın 8 Noyabr – Zəfər Günü və 9 Noyabr –Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə universitet kitabxası qarşısında baş tutan tədbirdə müxtəlif xalqların nümayəndələri iştirak ediblər. 

 

Azərbaycana həsr olunmuş müxtəlif stendlər, maraqlı və əyləncəli oyunlar  vasitəsilə gənclərimiz Azərbaycanın Zəfər Gününə və dövlət rəmzi olan üçrəngli bayrağımıza diqqəti cəlb ediblər. 

 

Azərbaycanın Zəfər Günü və Bayraq Gününə dair təqdimatla çıxış edən gənclərimiz əcnəbi həmyaşıdlarına öz ölkələrinin bayrağını tanıtmaq fürsəti də yaradıblar. Bu yolla əcnəbi tələbələrin Azərbaycan və üçrəngli bayrağımız barədə geniş məlumat almasına nail olublar. 

 

Qeyd edək ki, 1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida ştatının üçüncü ən böyük universiteti, tələbə sayı baxımından ABŞ-ın doqquzuncu ən böyük universiteti hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?