Modern.az

NATO-nun sammiti bu şəhərdə keçiriləcək - Rusiyaya gözdağı

NATO-nun sammiti bu şəhərdə keçiriləcək - Rusiyaya gözdağı

Aktual

9 Noyabr 2022, 14:09

Şimali Atlantika alyansının (NATO) növbəti sammiti 11-12 iyul 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

 

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək", - deyə TASS onun sözlərindən sitat gətirir.

 

Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.

 

Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?