Modern.az

Ermənistanda ana və iki uşağı öldürüldü

Ermənistanda ana və iki uşağı öldürüldü

Aktual

9 Noyabr 2022, 15:34

Ermənistanın Şirak vilayətində ana və iki azyaşlı uşağının meyiti tapılıb.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, meyitlərin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

 

31 yaşlı qadının və iki uşağının (12 yaşlı qız və 8 yaşlı oğlan) qətli ilə bağlı cinayət işi başlanıb.

 

Ailə başçısının qazanc dalınca başqa ölkəyə getdiyi bildirilib. Hadisənin detalları hələlik məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?