Modern.az

Tovuzda mikroavtobus və maşın toqquşdu - Sərnişin öldü

Tovuzda mikroavtobus və maşın toqquşdu - Sərnişin öldü

Aktual

9 Noyabr 2022, 15:29

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 7-də saat 7 radələrində Tovuz şəhərinin ərazisində Bayramlı kənd sakini B.İsgəndərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Yuxarı Öysüzlü kənd sakini N.Hüseynovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

 

Nəticədə B.İsgəndərovun sərnişini Asif Alıyev hadisə yerində ölüb.

 

Tovuz RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?