Modern.az

Şahruddin meydanı xərəkdə tərk etdi - FOTO

Şahruddin meydanı xərəkdə tərk etdi - FOTO

Aktual

9 Noyabr 2022, 17:14

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.

 

Modern.az-ın məlumatına görə, 28 yaşlı qolkiper səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunda boynundan xəsarət alıb.

 

Matçın son dəqiqələrdə çıxışda komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Məhəmmədəliyev boynu üstə yerə düşüb. Hakimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan təcrübəli qapıçı görüşü davam etdirib. Lakin final fitindən sonra yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?