Modern.az

Rəşad Dağlıya aid olduğu deyilən video köhnə imiş

Rəşad Dağlıya aid olduğu deyilən video köhnə imiş

Aktual

9 Noyabr 2022, 23:55

Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında meyxanaçı Rəşad Dağlının törətdiyi qətlin görüntüləri olduğu iddia edilən video yayılıb.

 

Modern.az xəbər verir ki, həmin kadrların bu ilin iyul ayında Tovuzda lentə alındığı məlum olub.

 

Rəsmi məlumata əsasən, sözügedən hadisə zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetirilib, Əhmədov Vüsal və Tağıyev Anar isə bıçaq xəsarətləri alıb.

 

Həmin kadrları təqdim edirik:

 

 

***

23:08

 

Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

 

"Unikal"ın əldə etdiyi görüntülərdə hadisənin baş vermə anı əks olunub. 

 

Görüntülərdə Rəşad Dağlının tək olmadığı, 3 nəfərlə birgə İskəndər Mehtiyevə hücum etdiyi və qətlə yetirdiyi görünür. O, daha sonra avtomobilə oturaraq ərazini tərk edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?