Modern.az

Puşkinin Xarkovdakı büstü söküldü

Puşkinin Xarkovdakı büstü söküldü

Aktual

10 Noyabr 2022, 00:18

Görkəmli rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.

 

Bildirilib ki, büst muzeyə təhvil veriləcək:

 

"Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib".

 

Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə çar Rusiyası zamanında qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?