Modern.az

İki ölkə birgə hərbi təlimlərə başladı

İki ölkə birgə hərbi təlimlərə başladı

Aktual

10 Noyabr 2022, 08:54

Yaponiya özünümüdafiə qüvvələri ABŞ hərbçiləri ilə birlikdə “Keen Sword” təlimlərinə start verib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. 

 

Təlimlər zamanı yapon arxipelaqının uzaq məsafədə yerləşən adalarının müdafiəsi məsələsinin diqqət mərkəzində olacağı deyilir.

 

Yaponiyanı təlimlərdə quru qoşunlarının, dəniz və hərbi-hava qüvvələrinin 26 min hərbçisinin təmsil edəcəyi gözlənilir. ABŞ tərəfindən isə kosmik bölmələr də daxil olmaqla 10 min hərbiçinin iştirak edəcəyi diqqətə çatdırılıb.

 

Bundan əlavə, təlimlərə Yaponiya özünümüdafiə qüvvələrinin 20 gəmisinin, 250 təyyarəsinin, ABŞ tərəfinin isə 10 gəmisinin və “Osprey” konvertoplanları da daxil olmaqla 120 hava gəmisinin qatılacağı qeyd edilib.

 

Avstraliya, Kanada, Fransa, Hindistan, Yeni Zelandiya, Filippin, Cənubi Koreya, Böyük Britaniya və NATO-dan müşahidəçilərin də iştirak edəcəyi təlimlərin noyabrın 19-da başa çatacağı bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?