Modern.az

“Bakubus”un avtobusu yaşlı kişini vurub öldürdü

“Bakubus”un avtobusu yaşlı kişini vurub öldürdü

Aktual

10 Noyabr 2022, 09:24

Bakıda "Bakubus" avtobusu yaşlı kişini vurub.

 

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

 

Məlumata görə, 1992-ci il təvəllüdlü Valeh Məmişov idarə etdiyi "Bakubus"a məxsus 141 nömrəli marşrut avtobusu ilə 1938-ci il təvəllüdlü Qesabulla Dadayevi vurub.

 

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?