Modern.az

Bayram günlərində 28 nəfər xilas edilib

Bayram günlərində 28 nəfər xilas edilib

Aktual

10 Noyabr 2022, 09:52

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 67 yanğına çıxış, 17 halda köməksiz vəziyyətdə qalma, 1 partlayış və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 7-si azyaşlı olmaqla 28 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, avtoqəzalar nəticəsində 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?