Modern.az

Makron Azərbaycana yeni səfir təyin etdi - FOTO

Makron Azərbaycana yeni səfir təyin etdi - FOTO

Aktual

10 Noyabr 2022, 12:54

Fransa Azərbaycana yeni səfir təyin edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da səfir təyinatı ilə bağlı sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Anne Boillon Fransanın Azərbaycandakı səfiri vəzifəsini icra edəcək. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.

 

Qeyd edək ki, A.Boillon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV