Modern.az

Azərbaycanda 430 məktəb yararsız vəziyyətdədir

Azərbaycanda 430 məktəb yararsız vəziyyətdədir

Aktual

10 Noyabr 2022, 13:18

Azərbaycanda 960 məktəb yararsız və ya təmirsiz olaraq qeydiyyata alınıb.

 

Modern.az xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında deyib.

 

“430 məktəb tamamilə yararsız haldadır. Hazırda bu məktəblərin təmir edilməsi və yenidən tikilişi üçün 3 milyarda yaxın vəsait lazımdır. Hər il məktəblərin təmiri üçün işlər görülür, Deyə bilərik ki, hər il 100-dən artıq məktəb təmir olunur və ya tikilir”, - nazir müavini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?