44 günlük Vətən müharibəsində döyüşərək şəhidlik zirvəzinə ucalmış Səməndər İmanov və Elgün Xıdırovun valideynləri Gəncə Dövlət Universitetində olublar.
Modern.az xəbər verir ki, şəhidlərin yaxınları universitetin Kimya-Biologiya fakültəsinin Ekologiya və təbiətin mühafizəsi kafedrasında Səməndər İmanov və Elgün Xıdırovun adı verilən auditoriyaya baş çəkiblər.
Müəllim və tələbələrlə görüşdə şəhidlərin təhsil illəri, müharibə zamanı göstərdikləri qəhrəmanlıqlar haqqında ətraflı söhbət gedib. Onlar Şəhidlərin hər zaman ehtiramla xatırlandığı və diqqətdə saxlanıldığı üçün Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Kimya-Biolologiya fakültəsinin Ekologiya və təbiətin mühafizəsi kafedrasının əməkdaşlarına minnətdarlıq ediblər. Qeyd edilib ki, şəhid Səməndər İmanov və şəhid Elgün Xıdırov məzunu olduğu Gəncə Dövlət Universitetinin Kimya-Biolologiya fakültəsinin Ekologiya və təbiətin mühafizəsi kafedrasınında daim hörmətlə yad olunur.
Bildirək ki, Gəncə Dövlət Universitetinin şəhid məzunu Səməndər İmanov II Qarabağ müharibəsində Xudafərin Körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Şəhid Elgün Xıdırov isə II Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub, “Füzuli rayonunun azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.