Modern.az

Hacıqabulda səyyar qəbul keçirilib

Hacıqabulda səyyar qəbul keçirilib

Aktual

10 Noyabr 2022, 15:36

Noyabrın 10-da təsdiq edilmiş qrafikə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Hacıqabul rayonunun Ələtli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, bir qrup sakinlər iştirak edib.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

 

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Həlli rayon rəhbərliyindən asılı olmayan məsələlərlə bağlı yuxarı rəhbər orqanlara müraciət edilməsi nəzərdə tutulub.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!