Modern.az

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

Aktual

10 Noyabr 2022, 17:18

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.

 

MN-dən Modern.az-a verilən məlumata görə, təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.


Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?