Modern.az

COVID-19-a yoluxma həftə ərzində 15 faiz azalıb - ÜST

COVID-19-a yoluxma həftə ərzində 15 faiz azalıb - ÜST

Aktual

10 Noyabr 2022, 16:20

Dünyada həftə ərzində (31 oktyabr - 6 noyabr) 2,1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən çox insan həmin səbəbdən ölüb.

 

Modern.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir ki, ötən yeddi gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə - 10 faiz azalıb.

 

ÜST-nin məlumatına əsasən dünyada həftə ərzində 2 132 445 yoluxma halı və 9 405 ölüm halı qeydə alınıb. Ötən yeddi günlə (24 - 30 oktyabr) müqayisədə yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə Avropa (39 faiz) və Afrikada (18 faiz) qeyd edilib. Eyni zamanda Cənub-Şərqi Asiyada o 28 faiz, Qərbi Sakit Okean regionunda isə - 10 faiz artıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Avropa (40 faiz), Amerika (21 faiz) və Şərqi Aralıq Dənizində (14 faiz) azalıb.

 

Yaponiya həftə ərzində ən çox - 401 693 yoluxma halı haqqında məlumat verib. Daha sonra Koreya Respublikası (299 440), ABŞ (266 104), Almaniya (224 099) və Çin (219 102) yer alıblar. Amerika Birləşmiş Ştatlarında yeddi gün ərzində ən çox - 2 480 ölüm halı qeydə alınıb. İnformasiya bülletenində qeyd edildiyi kimi, ondan sonra Hindistan (1 484), Çin (539), Rusiya (484) və Fransa (404) qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?